Çatdırılma
Kaymu.az internet mağazası üzərindən verdiyiniz sifarişlər kuryerlərimiz tərəfindən 24 saat ərzində birbaşa qapınıza çatdırılır. Hətta məhsulu sifariş verdiyiniz gün içində almağınız belə mümkündür. Bütün sifarişlərə daxil etdiyimiz pulsuz və sürətli çatdırılma xidməti ilə ölkədə lider internet mağaza olmaqda iddialıyıq! Kaymu.az internet mağazasının çatdırılmalara nəzarət edən xüsusi şöbəsi vardır ki, sizin məhsulunuzun ən qısa zamanda qapınıza çatması üçün 24 saat çalışır. 
 
Üstəlik məhsulun qiymətindən və çatdırılma mövqesindən asılı olmayaraq Azərbaycanın bütün bölgələrinə sifarişlər üçün yenə də heç bir göndərilmə haqqı alınmır. Məhsulun gedəcəyi ünvan periferik zonalar olsa belə, məhsul 24 saat ərzində tərəfimizdən partnyor karqo şirkətinə təhvil verilir. 
 
Sayt vasitəsi ilə verdiyiniz sifarişlər ilk öncə operatorumuz tərəfindən sizinlə əlaqə saxlanılaraq təsdiqlənir. Daha sonra məhsul sifariş formasında qeyd olunan ünvana çatdırılır. Bunun üçün satınalma prosesi zamanı sifariş formasında bütün məlumatların doğru olması şərtdir. Əlaqə vasitəsi yanlış qeyd olunan və ya operatorun əlaqə saxlayarkən cavab ala bilməməsi hallarında çatdırılma həyata keçirilmir.

Zəng sifarişi